Sarkisyan Qarabağ probleminin həlli haqqında: “Vyana və Peterburqda razılıq əldə etdik”

Sarkisyan Qarabağ probleminin həlli haqqında: “Vyana və Peterburqda razılıq əldə etdik”
  15 Dekabr 2017    Oxunub:3606
"Biz son iki ildə Vyana və Sankt-Peterburqda görüşlər keçirdik, razılaşmalar əldə etdik"

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Armeniya” telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışarkən bildirib.
Ermənistan prezidenti qeyd edib ki, hazırda proses iki istiqamətdə davam edir: “Birinci istiqamət bundan ibarətdir ki, cəbhədə gərginlik azaldılmalı, müəyyən atmosfer inamının yaranması ilə nəticələnəcək araşdırma mexanizmi yaradılmalıdır. Mən bir neçə dəfə demişəm. Bir əllə danışıqlar aparmaq, digəri ilə atəş açmaq olmaz. Danışıqlar atəşi sevmir. Bu cür şərtdə hər hansı bir razılığa gəlmək mümkün deyil”.

Sarkisyanın sözlərinə görə, insan qurbanları həmişə faciəlidir və həmişə danışıqlar prosesinə əsəbilik gətirir: “Razılığa gəlmək üçün sakit atmosferdə hər bir sözü, hər bir fikri götür-qoy etmək lazımdır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan   Qarabağ  





Xəbər lenti