Sara ərini akula ilə səhv saldı - VİDEO

Sara ərini akula ilə səhv saldı - VİDEO
  12 Dekabr 2017    Oxunub:6113
Cənubi Karolinadan olan Evan Kerrol akulanın həyat yoldaşına hücumunu kameraya çəkib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə cütlüyün istirahət etdiyi Baham adalarında baş verib.

“Mən suyun sıçramasını hiss etdim, kimsə mənim əlimdən tutdu və düşünüm ki, həyat yoldaşım mənimlə zarafat edir. Lakin bir neçə saniyədən sonra ağrı hiss etdim. Eynək yana baxmağa mane olduğudan başımı çevirdim və əlimdən yapışan akulanı gördüm. O, məndən böyük idi”, - Sara İlliq “The Daily Mail”-ə bildirib.

İlliq yalnız bir müddət sonra akuladan canını qurtara bilib. Onun həyatı üçün təhlükə yoxdur.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Akula  





Xəbər lenti