38 ildən sonra ilk dəfə - “Schiller” İranda

38 ildən sonra ilk dəfə - “Schiller” İranda
  11 Dekabr 2017    Oxunub:2015
Elektron pop-musiqi janrında çıxış edən Almaniyanın məşhur “Schiller” qrupu 1979-cu ildən sonra ilk dəfə İranda konsert verəcək. Bu, İranda konksert proqramı ilə çıxış edəcək ilk Qərb musiqi qrupudur.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

““Schiller” 11-15 dekabr tarixlərində Tehranda beş konsert verəcək”, - deyə qrupun saytında bildirilib.

11-12 dekabr tarixlərində Tehranda keçiriləcək konsertdə anşlaq olacağı gözlənilir.

Qeyd edək ki, “Schiller” almaniyalı musiqiçi Kristofer fon Daylenin layihəsidir. Layihəyə Almaniya və digər ölkələrdən olan vokalçı və musiqiçilər cəlb olunur.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Schiller  





Xəbər lenti