“Asiyanın qəlbi” Bakıda döyündü - VİDEO

“Asiyanın qəlbi” Bakıda döyündü - VİDEO
  02 Dekabr 2017    Oxunub:3323
Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, bir çox ölkələrin XİN rəhbərləri və rəsmi nümayəndələri iştirak ediblər.

Ölkə başçısı çıxış edərək indiyədək həllini tapmayan Dağlıq Qarabağ problemindən, beynəlxalq əməkdaşlıqdan, iqtisadi sahədə həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən, respublikamızın sülhməramlı əməliyyatlarda iştirakından danışıb.

Tədbir zamanı digər ölkə rəsmilərinin də çıxışları dinlənilib.

AzVision.az-ın konfransdan hazırladığı videomaterialı təqdim edirik:



Video: Əhməd Xəlilov,
Montaj: Bəxtiyar Məmmədov



Teqlər: Konfrans  





Xəbər lenti