Kazimirov Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır

Kazimirov Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır
  20 Oktyabr 2017    Oxunub:1970
“Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında əsas məsələ tərəflərin güc tətbiqindən çəkinməsidir”

AzVision.az xəbər verir ki, bunu "Joğovurd" nəşrinə müsahibəsində ATƏT-in Minsk qrupunun sabiq rusiyalı həmsədri Vladimir Kazimirov deyib.
“Mən düşünürəm ki, münaqişənin nizama salınmasında ən vacib məqam tərəflərin istənilən güc tətbiqindən imtina etməsindən ibarətdir. Gərək, münaqişə tərəfləri problemin sülh və siyasi yollarla həll edilməsinə dair üzərlərinə öhdəlik götürsünlər".

Kazimirov etiraf edib ki, o, hazırki durumda münaqişənin həllinə dair real yanaşma görmür: "Bunun hansı tərəfdən olduğunu siz başa düşürsünüz" deyə rusiyalı diplomat vurğulayıb.

Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: Rusiya   Qarabağ  





Xəbər lenti