Ərdoğanın baş müşaviri istefa verdi

Ərdoğanın baş müşaviri istefa verdi
  19 Oktyabr 2017    Oxunub:1530
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderinin baş müşaviri Şaban Dişli istefa verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qardaşı FETÖ ilə əlaqədə ittiham olunan Şaban Dişli son günlər mətbuat və sosial medianın hədəfinə çevrilib. O, bu səbəbdən istefa ərizəsi yazaraq, Ərdoğanın baş müşaviri postundan gedib.

“Hansı vəzifədə olmağımdan asılı olmayaraq, partiyama və cənab Ərdoğana xidmət etməyi özümə şərəf bilirəm. AKP-nin və Rəcəb Tayyib Ərdoğanın haqsız yerə hədəf olmaması üçün vəzifəmdən istefa verirəm” - deyə Şaban Dişli açıqlamasında bəyan edib.

Sakarya əyalətindən millət vəkili olan Dişli AKP-nin əsas yaradıcılarından hesab olunur.

Qeyd edək ki, Ş. Dişli bu il avqustun 30-da AKP lideri, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən baş müşavir vəzifəsinə təyin edilmişdi.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti