Sarkisyana rüşvət verən əsgər anası həbs edilir

Sarkisyana rüşvət verən əsgər anası həbs edilir
  19 Oktyabr 2017    Oxunub:2011
Bu gün İrəvanın Arabkir və Kanaker-Zeytun inzibati rayon məhkəməsində erməni əsgərin hərbi xidmətdən azad edilməsi üçün verilən rüşvət faktı üzrə işə baxılıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, istintaq prosesində Xaçik Xaçatryanın oğlunu hərbi xidmətdən azad etmək müqabilində Satenik Sarkisyana 1100 dollar məbləğində rüşvət verdiyi bildirilib.

Verilən məbləğ Yervand Karapetyan adlı şəxsin vasitəçiliyi ilə mərkəzi hərbi hospitalın həkimi Aşot Simonyana çatdırılıb. İş üzrə çıxış edən hərbi hospitalın həkimi Aşot Simonyanın vəkili Arman Arzumanyan müdafiə etdiyi şəxsin günahsız olduğunu və ona qarşı verilən izahatların ilkin istintaq orqanında saxtakarlıqla tərtib edildiyini deyib. Rüşvətin çatdırılmasında adı hallanan Yervand Karapetyan həbsdən xilas olmaq üçün müdafiə etdiyi şəxsə böhtan atıldığını iddia edib.

İş üzrə ifadə verən və pulu alan Satenik Sarkisyan isə 1100 dolları Karapetyana versə də, pulun həkim A. Sarkisyana çatdırılmadığını bildirib. Cinayət işi üzrə 5 şübhəli şəxsdən yalnız Satenik Sarkisyan həbs edilib. Digərləri şərti azadlığa buraxılıb.

Erməni əsgərin anası Karine Xaçatryanın vəkili Anjela Hobosyan ona şərti azadlıq cəzasının tətbiq edilməsini tələb edib. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi əsgər anası Anjela Xaçatryan rüşvət verməyib, bunu sadəcə oğlunun müalicəsini yaxşılaşdırmaq üçün edib. Anjela Xaçatryanın əri Arqam Simonyan isə həyat yoldaşının cinayət törətdiyini bilməklə yanaşı, onu gizlətdiyinə görə ittiham edilir.

Hospitalın həkimi Aşot Simonyan müdafiə nitqini söyləməkdən imtina edərək, son sözünü deyəcəyini vurğulayıb. Ümumi iş üzrə ittiham olunan 5 nəfərdən yalnız 3 nəfər məhkəmə prosesində iştirak edib. Məhkəmənin növbəti iclası 13 noyabr tarixinə təyin edilib. Həmin gün ittiham olunanların son sözü dinləniləcək və məhkəmə heyəti məslətləşmə otagına gedəcək.

Xatırladaq ki, Ermənistanda hakim, kriminal rejimin idarəçiliyinə qarşı əsgər anaları dəfələrlə etiraz aksiyası keçiriblər. Əsgər analarının bir çoxları övladlarının sağlamlığının təhlükə altında olduğunu bildirərək onları hərbi xidmətdən uzaqlaşdırmağa çalışır. Həyata keçirilən məhkəmə işi məsələni əsl mahiyyətindən, yəni sağlamlıq məsələsindən yayındırmaqla əsgər anasınını həbsinə hökm verir. Faktiki olaraq, bu kimi proseslər Ermənistanda "Xalq-Ordu" prinsipinin boş əsaslara söykəndiyini göstərir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti