Keçmiş məhkum yenidən həbs edilib

Keçmiş məhkum yenidən həbs edilib
  19 Oktyabr 2017    Oxunub:1506
Bakıda avtomobil qaçıran şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 18-də saat 2 radələrində Xətai rayonunun Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olması aşkar edilib.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobil saxlanılıb və onu idarə edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əşrəfəli Mürşüdovla birgə Xətai RPİ-yə təhvil verilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti