Eldar Əzizov 2 trillionluq korrupsiyadan danışdı

Eldar Əzizov 2 trillionluq korrupsiyadan danışdı
  19 Oktyabr 2017    Oxunub:3314
Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2017-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş yığıncaqda hesabat dövründə ölkədə və Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
AzVision.az xəbər evrir ki, məruzə ərtafında çıxışlar zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bəzi kütləvi informasıya vasitələrində Azərbaycandakı korrupsiya halları ilə bağlı gedən yazılara cavab olaraq bildirib ki, Beynəlxalq Valyuta Fondunun rəsmi açıqlamalarına görə hər il dünya iqtisadiyyatı korrupsiya halları ilə bağlı 2 trillion dollardan çox vəsait itirir və bu rəqəmin tərkibində Azərbaycan və onun iqtisadiyyatının həcmini çox çətin ki, görmək olsun.

Bu məbləğdə vəsait itkisinə qadir olan dövlətləri sadalamağa isə ehtiyac yoxdur. Azərbaycana gəldikdə isə aparılan islahatlar, görülən işlər, o cümlədən “Asan xidmət”in yaradılması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə şəffaflığın atrması, gömrük sistemindəki islahatlar ölkədə neqativ halların ciddi surətdə zəifləməsi ilə nəticələnib.

Eldar Əzizov bildirib ki, “ölkədə cəmiyyət təmizlənir, iqtisadiyyat inkişaf edir, ciddi islahatlar gedir. Bütün bunlar da dahı insan - ölkə başçımız İlham Əliyevin fəaliyyətinin nəticəsidir”.

AzVision.az




Teqlər: korrupsiya  





Xəbər lenti