9 il əvvəl oğurluq etdi, indi tutuldu

9 il əvvəl oğurluq etdi, indi tutuldu
  19 Oktyabr 2017    Oxunub:1241
Bakıda 9 il əvvəl içərisində 150 min manat olan seyfi oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2008-ci il oktyabrın 9-da rayon ərazisindəki müəssisələrin birindən 150.000 manat, 10.000 ABŞ dolları və sənəd olan seyfi oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti