Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcək
  19 Oktyabr 2017    Oxunub:1137
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 20-də gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: hava   yağış  





Xəbər lenti