Türkiyənin məşhur aktrisası Bakıya gəlir

Türkiyənin məşhur aktrisası Bakıya gəlir
  17 Oktyabr 2017    Oxunub:3588
Türkiyənin məşhur aktrisası Neslihan Atagül "Altın Kələbək" müsabiqəsində iştirak edəcək müğənnilərə dəstək məqsədilə Bakıya gəlir.
AzVision.az-ın məlumatına görə, bu il Azərbaycan ilk dəfə olaraq "Altın Kelebek Mükafatları”nda iştirak edəcək. Ölkəmiz "Azərbaycanın ən parlaq ulduzu” kateqoriyasında təmsil olunur. Bu kateqoriyaya namizədlər Röya, Miri Yusif və Nigar Camaldır.

Saçları ilə göz qamaşdıran Neslihan Atagül də "Altın Kelebek Mükafatları” çərçivəsində 3 noyabrda Bakıda təşkil olunacaq "Möcüzə gecəsi” adlı tədbirə namizəd olan müğənnilərə dəstək üçün qatılacaq.

Tədbirdə xanımları Röya, Miri Yusif, Nigar Camalla yanaşı digər ulduzların və djlərin konserti, müxtəlif şou proqramlar, saç/vizaj stilistlərinin məsləhətləri və digər sürprizlər gözləyir.
Qeyd edək ki, "Möcüzə Gecəsi”-də ancaq xanımlar iştirak edə biləcəklər.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti