“Anamın elmi fəaliyyəti böyük bir irsdir” - Fəxriyyə Xələfova

“Anamın elmi fəaliyyəti böyük bir irsdir” - Fəxriyyə Xələfova
  20 Sentyabr 2017    Oxunub:5290
"Rəfiqə Əliyevanın ömrünün böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlıdır. O, bu nüfuzlu ali məktəbdə saysız-hesabsız elmi işlər yazıb, təhsil prosesində fəal iştirak edib. Onun yetişdirdiyi böyük alim ordusu bu gün kimya elminin inkişafına öz töhfələrini verirlər".
Bunu Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi ilə bağlı keçirilən tədbirdə alimin qızı, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova deyib.

Görkəmli alim Rəfiqə Əliyevanın elmi fəaliyyətinin universitetin tarixində xüsusi yer tutduğunu deyən F.Xələfova onun təhsildə və elmdə göstərdiyi nailiyyətlərə görə “Şöhrət” ordeni ilə təltif olunduğunu, akademikliyədək yüksəldiyini diqqətə çatdırıb.

“Rəfiqə xanımın nailiyyətləri ilə bir övlad olaraq hər zaman fəxr edir, bundan qürur duyuruq. Onun elmi və pedaqoji fəaliyyəti böyük bir irsdir. İnanıram ki, anamızın yetirmələri bu yolu davam etdirəcək, Azərbaycan elminə və təhsilinə yeni-yeni töhfələr verəcəklər”, - deyə F.Xələfova vurğulayıb.

AzVision.az


Teqlər: Fəxriyyə-Xələfova  





Xəbər lenti