Prezident maltalı həmkarını təbrik edib

Prezident maltalı həmkarını təbrik edib
  20 Sentyabr 2017    Oxunub:1245
Prezident İlham Əliyev Malta Respublikasının prezidenti, xanım Mari-Luiz Koleyro Prekaya məktub göndərib.
AzVision.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli xanım prezident. Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti