Gədəbəydə ev, Neftçalada pambıq sahəsi yanıb

Gədəbəydə ev, Neftçalada pambıq sahəsi yanıb
  20 Sentyabr 2017    Oxunub:1539
Gədəbəy rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Çiçəkli kəndində ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə, həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda Neftçala rayonu, Xol Qarabucaq kəndində pambıq sahəsində 2.5 ton pambığın 1 tonu yanıb. Pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti