Gənclərə biznes təlimi keçilib

Gənclərə biznes təlimi keçilib
  20 Sentyabr 2017    Oxunub:1462
“Vətəndaş İnstitutlarının İnkişafı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində 10–13 avqust 2017-ci il tarixlərində Xaçmaz rayonunda gənclərə təlimlər təşkil edilib.
Təlimlərdə ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyətinin əhəmiyyətindən, habelə təlimin məqsəd və vəzifələri haqqında geniş məlumat verilib. Təlim müddətində gənclər biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi haqqında nəzəri biliklərə yiyələniblər.



Gənclərə biznes ideyanın seçilməsindəki əsas meyarlar, habelə marketinq araşdırmasında metodologiyaları, həmçinin biznes planın tərtibində maliyyə vəsaitlərinin, risklərin hesablanması, onların texniki əsaslandırması, maliyyə axını və xərclərin hesablanması və digər elementləri praktiki formada tədris olunub.

Təlimin sonunda iştirakçılara sertfikat təqdim edilib.



Teqlər:





Xəbər lenti