Erməni deputatların Bakıya gəlməsinə icazə verildi

Erməni deputatların Bakıya gəlməsinə icazə verildi
  20 Sentyabr 2017    Oxunub:3870
Ermənistan nümayəndə heyətinin “Avronest” Parlament Assambleyasının Bakıda keçiriləcək iclasında iştirak edəcəyi dəqiqləşib.

Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov AzVision.az-a bildirib ki, erməni deputatlar sentyabrın 22-ə planlaşdırılan iclasda iştirak etmək üçün Bakıya gələcəklər.
Erməni KİV-lərin yaydığı məlumata görə, Ermənistanı “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək. Onlar sabah Bakıya yola düşəcəklər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Avronest   Ermənistan  





Xəbər lenti