Ölkədə 15 min tona yaxın pambıq yığılıb

Ölkədə 15 min tona yaxın pambıq yığılıb
  20 Sentyabr 2017    Oxunub:3106
Sentyabrın 20-dək ölkə üzrə pambıq tədarükü 14 min 988,88 ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu birincidir. Rayonun fermerləri tarlalardan 3617,60 ton məhsul yığıblar. Sabirabadda 2128,03 ton, Biləsuvarda 1481,23 ton, Beyləqanda 1143,50 ton, Neftçalada 912,50 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda əkilib (17220 hektar). Sonrakı yerlərdə İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçala rayonları (11111 hektar) gəlir.

AzVision.az


Teqlər: pambıq  





Xəbər lenti