Erməni məmurun diplomu saxta çıxdı

Erməni məmurun diplomu saxta çıxdı
  20 Sentyabr 2017    Oxunub:1991
Ermənistanın Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti şöbəsinin rəisi Muşeq Gazaryan karyerasına saxta diplomla başlayıb.
AzVision.az “Hraparak”-a istinadən xəbər verir ki, Gazaryan Rusiyanın Tiraspol ali təhsil müəssisələrinin birindən sənəd əldə alıb, bu sənəd əsasında birbaşa Yerevan Dövlət Universitetinin hüquq fakültəsinin 2-ci kursuna yazılıb.

Onun ilk təhsili haqqında tərcümeyi-halında heç nə yazılmayıb. Yalnız YDU hüquqşünası olduğu qeyd edilib.

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsindən məlum olur ki, Gazaryan 1996-1998-ci illərdə qanunsuz olaraq intizam rəisi təyin olunub.

Qanunvericiliyə əsasən ikinci ali təhsil saxta ali təhsil sənədi əsasında alınıbsa, mexaniki olaraq təhsil saxta hesab olunur.

Muşeq Gazaryan “harada yazılıb, mən oxumamışam, məlumatım yoxdur, məşğulam”- deyə jurnalistin mövzu ilə bağlı sualından yayınmağa çalışıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti