Netanyahu: “İsrail Azərbaycanla əlaqələri genişləndirib” - (VİDEO)

Netanyahu: “İsrail Azərbaycanla əlaqələri genişləndirib” - (VİDEO)
  20 Sentyabr 2017    Oxunub:3929
"İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirir".

AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
“Biz Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”,- deyə Netanyahu vurğulayıb.

Netanyahu, İsrailin Fələstin də daxil olmaqla, bütün ərəb qonşuları ilə sülhə nail olmaq istədiyini vurğulayıb: “Biz İordaniya və Misirlə sülhü əldə etdik. Dünən burada Misir prezidenti Abdel-Fəttah əl-Sisi ilə görüşdüm. Mən onun sülhün bərqərar olunmasına verdiyi dəstəyi alqışlayıram”.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   İsrail   Netanyahu  





Xəbər lenti