Meksikada ölənlərin sayı 226-ya çatıb - (VİDEO)

Meksikada ölənlərin sayı 226-ya çatıb - (VİDEO)
  20 Sentyabr 2017    Oxunub:3251
Meksikada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 226 nəfərə çatıb.
AzVision.az-ın “RİA Novosti”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente özünün “Twitter” mikrobloqunda yazıb.

Onun sözlərinə görə, ən çox ölüm halı Mexikoda qeydə alınıb - 117 nəfər.



***

Meksikada zəlzələ nəticəsində azı 204 nəfər ölüb.

TASS-ın məlumatına görə, qəza-xilasetmə xidmətinin rəisi Luis Felipe Puente zəlzələ nəticəsində ölənlərin sayının 149 nəfər olduğunu təsdiqləyib.

Onun “Twitter” səhifəsində yazdığı məlumata görə, 149 nəfərin ölməsi barədə məlumat var, o cümlədən 55 nəfər Morelos ştatında, 49 nəfər Mexikoda, 32 nəfər Puebla ştatında, 10 nəfər Mexiko ştatında və 3 nəfər Herreroda ölüb.

AzVision.az


Teqlər: Meksika   Zəlzələ  





Xəbər lenti