Ermənistanda siyasi fəallar təhdid olunur

Ermənistanda siyasi fəallar təhdid olunur
  20 Sentyabr 2017    Oxunub:1902
Ermənistanda hazırki hakimiyyəti tənqid edən siyasi fəalların ailələri təhdid edilir.
AzVision.az xəbər verirki, bu barədə erməni aktivist Vahe Diloyan "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, cəmiyyət qorxu yaratmaq məqsədilə güc strukturlarının nümayəndələri aktivistlərin evlərinə gedərək xəbərdarlıq edirlər.

Vətəndaşlara, aktivistlərə və onların yaxınlarına qarşı gizli və açıq şəkildə təqiblər başlayıb: “Oğlunuz və ya qızınıza deyin ki, özünü sakit aparsın, həmçinin valideynlərə zəng edib övladları ilə qorxudurlar”.

Hazırda ad çəkməyə ehtiyac duymadığını deyən siyasi aktivist Vahe Diloyan bu cür davam edəcəyi halda konkret adlar və faktlar açıqlayacağını bildirib.

"Belə təqiblər davamlı olub, bu üsullarla Ermənistan vətəndaşlarını qorxuda bilməyəcəklər, artıq təqiblərlə insanları mübarizədən çəkindirəcəkləri dövr geridə qalıb" - Vahe Diloyan yazıb.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət anti-erməni qüvvələrin əlindədir.

"Bu, siyasi sahələrdə, Milli Təhlükəsizlik Xidmətində işləyənlərin yekə-yekə danışaraq və müxalif olan vətəndaşları, fəalları təhdid edərək, özlərini ən qüdrətli xilaskarın yerinə qoymaları və işlərini görməyi unutmalarının nəticəsidir" - Vahe Diloyan son zamanlar kütləvi hal alan təqiblərdən narahatlığını dilə gətirib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti