Bakı Limanının təcrübə proqramı başa çatıb

Bakı Limanının təcrübə proqramı başa çatıb
  19 Sentyabr 2017    Oxunub:2116
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təcrübə proqramı başa çatıb.
Bakı Limanından AzVision.az-a bildirilib ki, bu il limanın təcrübə proqramında iştirak etmək üçün müxtəlif şöbə və departamentlər üzrə 700 tələbə müraciət edib. Müraciət edən gənclərdən 200-ü imtahana keçmə şansı qazanıb. İmtahanı uğurla başa vurmuş Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “ADA” Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Prezidenti Yanında İdarəçilik Akademiyasının tələbələri müsahibəyə dəvət edildikdən sonra aidiyyəti departamentlər üzrə işə başlayıblar. Təcrübə müddətində tələbələr əsl komanda işi ilə tanış olub və təcrübəli liman əməkdaşları ilə birlikdə çalışaraq aidiyyəti departamentlər üzrə təcrübə toplayıblar.

Baş direktor Taleh Ziyadov Bakı Limanında 2 aylıq təcrübə proqramını uğurla başa vurmuş tələbələrlə görüşüb, onların təcrübə dövründə əldə etdikləri bilik və məlumatlarla maraqlanaraq, onlara gələcək karyeralarında uğurlar arzulayıb və tələbələrə sertifikatlarını təqdim edib.

AzVision.az


Teqlər: liman   təcrübə  





Xəbər lenti