İrəvanın mərkəzində terror həyəcanı

İrəvanın mərkəzində terror həyəcanı
  19 Sentyabr 2017    Oxunub:2431
Bu gün səhər saat 07:30 radələrində Ermənistanın Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti və İrəvan şəhər polis idarəsinin operativ idarəetmə mərkəzlərinə zəng edərək İrəvanda Respublika meydanının bir neçə hissəsində bomba yerləşdirilməsi və partladılacağı baradə məlumat veriblər.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, hazırda polis və xilasetmə xidməti məlumatların doğru olub-olmadığını aydınlaşdırmaq üçün fəaliyyətə başlayıb və Respublika meydanına operativ qruplar göndərilib.

Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan   Bomba  





Xəbər lenti