Azərbaycanın gənc cüdoçularından böyük uğur

Azərbaycanın gənc cüdoçularından böyük uğur
  19 Sentyabr 2017    Oxunub:1827
Sloveniyanın Maribor şəhərində gənclər arasında cüdo üzrə Avropa birinciliyində milli komandamız parlaq qələbələr qazanıb.
Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Təmsilçilərimizdən fəxri kürsünün ən yüksək pilləsinə Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qalxıblar. Gümüş mükafatları millimizə Rəşxan Baxışəliyev (55 kq) və Murad Fətiyev (73 kq) yazdırıblar. Xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva (48 kq) və Nəzakət Əzizova (52 kq) isə çempionatın bürünc medallarını qazanıblar.

Qeyd edək ki, 41 ölkədən 402 idmançının (222 oğlan, 180 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunub.

Kişilərdən ibarət yığmamız isə komanda yarışlarında bütün rəqiblərinə qalib gələrək tarixində ilk dəfə Avropa çempionu adına layiq görülüb.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti