Sarkisyanın olduğu toyda Azərbaycan mahnısı səsləndi - VİDEO

Sarkisyanın olduğu toyda Azərbaycan mahnısı səsləndi - VİDEO
  18 Sentyabr 2017    Oxunub:29203
Ötən gün erməni milyarder, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın oğlunun toy mərasimi olub.
AzVision.az-ın Rusiya KİV-lərinə istinadən xəbər verir ki, milyarder oğlunun toyu Moskvanın ən dəbdəbəli “Safir” sarayında baş tutub.

Lilit adlı xanımla ailə həyatı quran milyarder oğlunun toy mərasimində Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Karen Karapetyan və digər rəsmilər, eləcə də Rusiya şou-biznesinin nümayəndələri- müğənnilər -Alla Puqaçova, Filipp Kirkorov, Vera Brejneva, Nikolay Baskov, musiqiçi Sergey Şnurov, telejurnalistlər- Kseniya Sobçak və Andrey Malaxov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xanımı Tatyana Navka, italyan müğənni Eros Ramazotti də iştirak edib.

Ermənistanın siyasi elitasının iştirak etdiyi toyda Azərbaycanın xalq mahnısı "Aman Tello"nun səsləndirilməsi diqqətdən yayınmayıb. Bəy-gəlin, həmçinin qonaqlar Azərbaycan musiqisinin sədaları altında saraya daxil olublar.

Qeyd edək ki, ermənilər dəfələrlə Azərbaycana məxsus xalq mahnılarını oğurlayaraq özününkiləşdirməyə çalışıblar.





Hafiz Əhmədov
AzVision.az


Teqlər: Sarkisyan   Toy   Mahnı  





Xəbər lenti