Nazirlik məşhurlar üçün çempionat keçirəcək

Nazirlik məşhurlar üçün çempionat keçirəcək
  18 Sentyabr 2017    Oxunub:2058
Şou-biznes nümayəndələrinin iştirakı ilə Ulduzlu çempionat keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AzVision.az-a bildirib ki, sentyabrın 19-u Su İdmanı sarayında, Azərbaycan Volleybol Federasiyası və Mədəniyyət Televiziya kanalının dəstəyi ilə Çimərlik Volleybolu keçiriləcək.

“Çempionatda tanınmış ulduzlar professional idmançılarla birlikdə birincilik uğrunda mübarizə aparacaqlar. Çempionatın iştirakçıları Zamiq Hüseynov, Xəyyam Mustafazadə, Sərxan Bünyadov, Fuad Musayev, Mirələm Mirələmov, Azad Şabanov olacaq. Çempionatı izləmək istəyənlər biletləri şəhərimizin kassalarından və Su İdmanı sarayında əldə edə bilərlər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nazirlik   Çempionat  





Xəbər lenti