Bakıda yük maşını qaçırılıb

Bakıda yük maşını qaçırılıb
  14 Sentyabr 2017    Oxunub:3467
Bakıda yük avtomobili qaçırılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 8-də Bakı şəhər sakini Niyaz Qənbərovun “QAZel” markalı avtomobili Qaradağ rayonu ərazisindən qaçırılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Şəmkir rayonu ərazisində hərəkətdə olması müəyyən edilərək aidiyyatı üzrə məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini İlqar Misirov avtomobillə birlikdə Şəmkir rayonu ərazisində saxlanılıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti