Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçir

Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçir
  14 Sentyabr 2017    Oxunub:1562
2017/2018-ci tədris ilinin başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi 15 sentyabr - Bilik Günü ilə əlaqədar paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər görüb.
Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzVision.az-a bildirib ki, Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi həmin gün səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verib.

Qurum sözçüsü qeyd edib ki, göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılmalıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Nəqliyyat   Sərnişin  





Xəbər lenti