Düşmən ordusunda xərçəng epidemiyası: Nazirlik pula görə müalicə etmir

Düşmən ordusunda xərçəng epidemiyası: Nazirlik pula görə müalicə etmir
  14 Sentyabr 2017    Oxunub:2836
Ermənistanın Hava Hücumundan Müdafiə qoşunlarının hərbi hissələrində xərçəng xəstəliyi şəraiti hökm sürür.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu keçmiş hərbi qulluqçu Vardanuş Kirakosyanın etirafı da sübut edir.

Belə ki, 2014-cü ildən xəstəliyə qarşı mübarizə apardığını bildirən Vardanuş deyir ki, nazirlik zərərli yerdə xidmətə görə yalnız 3 min dram ödəyir. O, qeyd edib ki, Hava Hücumundan Müdafiə qoşunlarının yeraltı xidmət yeri olan hərbi hissələrində şərait pisdir. Vardanuş Kirakosyan belə yerlərdən birində 20 ildən artıq xidmət edib. 1993-cü ildə silahlı qüvvələrdə hərbi xidmətə çağırılıb, sonra telefonçu rabitəçi kimi HHM qoşunlarında 2001-ci ildən isə müqaviləli hərbiqulluqçu kimi davam edib. O, bildirib ki, HHM yeraltı hərbi hissələrində ruslar xidmət edərkən, zərərli şəraitdə hərbi xidmət üçün hərbi qulluqçulara qatıq, mədən suyu verirdilər və digər güzəştlər var idi. Sonralar bütün güzəştlər ləğv edildi.

“Bizə bu şəraitdə işləmək üşün cəmi 3 min dram ödəyirdilər. İndi aşağıda siqaret çəkməyi komandir qadağan edib, bir neçə aydır orada havalandırıcı (kondinsioner) qurulub, ancaq bizim vaxtımızda yox idi. Bütün günü yüksək radiasiya şəraitində yerin altındaydıq, kişilər davamlı olaraq siqaret çəkirdilər. Mənimlə işləyən insanlardan bir nəfərin oksigen çatışmazlığından insultqabağı əlamətləri var, digəri damar xəstəliyindən əziyyət çəkir, başqa bir iş yoldaşım görmə qabiliyyətindən əziyyət çəkir. Zəif işıqdan güclü işığa keçdikdə gözlər xarab olur. Nə ata, nə ana tərəfimin genində xərçəng xəstəliyi yoxdur. Mən xidmətdə xəstələnmişəm, müalicə üçün isə qazandığımdan bir neçə dəfə çox pul xərcləmişəm” –deyə qadın danışır.

SQ-in həkim komissiyaları təlimat alıblar

Mərkəzi Hərbi tibb komissiyası onun sağlamlıq vəziyyətini müayinə edib və 22 yanvar 2015-ci ildə onu hərbi xidmətə yararsız hesab edib. Qərarda göstərilib ki, sağ döş xərcəngi xəstəliyi hərbi xidmət dövründə alıb. Ancaq xəstəliyi hərbi xidmət dövründə almasına dair heç bir sənəd verilməyib, nə də xəstəliyin səbəbinin uzun müddət xidmət etdiyi o şəraitin olması qeyd edilməyib. Dəqiq məlumatlarımız var ki, SQ-in həkim komissiyalarına xərçəng olduğu halda, buna səbəb kimi hərbi xidmətin olduğunu sənədlərlə təsdiq etmək , daxili qaydada qadağan edilib. Bəd xassəli şiş yayılan 10 hərbi qulluqçu nazirliyə tez-tez müraciət edərək, xəstəliklərinin xidmət dövründə baş verdiyini təsdiq etdirməyə çalışsalar da, heç bir həkim komissiyası onu təsdiq etmir. Buna səbəb isə xərçəngin müalicəsinin baha başa gəlməsidir. Vardanuş Kirakosyan öz xəstəlik tarixçəsini və müxtəlif qurumlara ünvanlanan ərizələrini və onların cavabları əlində, artıq bir neçə ildir qapı-qapı gəzib kömək göstərilməsini xahiş edir. Qanunlara zidd olan bu kimi “daxili qaydalar” müdafiə sahəsində qəbul olunandır. Eyni qayda ilə məsələn aprel döyüşləri iştirakçılarının hərbi biletlərində müvafiq yazı aparılmır, və ya müalicə müəssisələrinə çağırışçıların müayinə nəticələri ilə tanış edilməsini qadağan ediblər.

Seyran Ohanyan son ayda əlil qadına 5 mln dram göndərib

Ermənistanda yalnız dövlət sifarişi ilə təyin edilmiş vəsaitlə bəd xassəli şişin qarşısını almaq almaq mümkün deyil. Dövlət və xeyirxah insanlar, Eçmiədzin şəhər icra nümayəndəliyi, vilayət rəhbərliyi, keçmiş deputatlardan Qukas Ulixanyanın və müdafiə nazirliyinin birdəfəlik köməyi nəticəsində cərrahiyyə əməliyyatları və kimyaterapiya çətinliklə də olsa yerinə yetirilib. Ancaq kimyaterapiyadan sonra 8 ədəd bahalı “Hertseptin” dərmanını almaq üçün pul tapılmayıb. Vardanuşun çəkisi 41 kq olub, iştahı yoxdur, zorla hərəkət etməyə başlayıb. 1 il 8 ay Vardanuş komək məqsədilə fasiləsiz keçmiş müdafiə naziri Seyran Ohanyana müraciət edib. Hər dəfə “kimyaterapiya dövlət sağlamlıq proqramıdır, müdafiə nazirliyinin səlahiyyətindən kənardır” deyə müraciəti inkar edilib.

Baş qərargahın 2015-ci il cavabında deyilir. “Zərərli neoplazmalar xüsusi xəstəliklər siyahısına daxil edilib ki, bu da movcud olduğu halda dispanser və tibb müəssisələrinə dərmanlar pulsuz verilir. Buna görə təyin olunmuş qaydaya uyğun olaraq ixtisaslaşmış tibb müəssisəsinə müraciət etmək lazımdır”. Sizin müalicəniz üçün lazım olan “Herseptin” dərman vasitəsi baha olduğuna görə silahlı qüvvələrin hərbi tibb komissiyasının xərc siyahısına daxil deyil. “Ancaq ordu üçün neçə illər xidmət etmişəm və sağlamlığımı itirmişəm, eybi yoxdur”- əlil qadın təəccüblənir.

Nəhayət öz vəzifə müddəti sonunda Seyran Ohanyan onu qəbul edib və 8 qutu dərman üçün 5 mln dram verib. Müalicəni başa vurmaq üçün 4 qutu qalıb. Ancaq yeni nazir, millət - ordu təbliğatçısı Viqen Sarqsyan gəlməklə 2015-ci ilin imtina məktublarını arxivdən çıxararaq yenidən Vardanuş Kirakosyanın ünvanına göndəriblər. Onun müalicələri gecikməyə başlayıb. Kimyaterapiyadan depressiya altındakı orqanizmdə, sümük sistemində ciddi dəyişikliklər peyda olmağa başlayıb. Vardanuş “Mən yenə içərisindən bir dəfə keçdiyim o cəhənnəmə qayıtmaq istəmirəm, 2-ci döşümü itirmək istəmirəm ” deyib. Müdafiə nazirliyi geri dönməzdir. “ o xəstəliyi hərbi xidmət səbəbindən aldığına dair hər hansı sübut yoxdur”- deyə bizə müdafiə nazirliyinin mətbuat katibi cavab verib.

S.T Xərçəng xəstəliyinə yoluxmuş hərbi qulluqçular 1000 dram haqqında qanun qəbul edərkən Viqen Sarqsyanın söz verdiyi dağlar haqqında unudun, əlinizi müdafiə nazirliyindən çəkin. O fond kimin üçündür, əgər nazirlik insanlara kömək etmək istəyirsə, ən azı ildə bir xərçəng xəstəsi əsgərin ömürünü uzatsın. Yeri gəlmişkən sağlamlıq üçün zərərli peşə və işlərin siyahısında nə müdafiə sahəsi, nə də HHM yeraltı bölmələrin rabitəçiləri qeyd olunmayıb.

AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti