KTMT rəisinin korrpusiya faktları aşkarlandı

  13 Sentyabr 2017    Oxunub : 1240
KTMT rəisinin korrpusiya faktları aşkarlandı

Ermənistan müdafiə nazirliyi ucuz təminatdan imtina edərək 4 dəfə baha olan alış edib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, müdafiə nazirliyinin elan etdiyi tenderlərdən birində “Xaçpar” MMC iştirak edib. “Xaçpar” MMC rəhbəri Smbat Balasanyan bildirib ki, 2017-ci ildə ordunun iynə, sapla təminatı ilə əlaqədar keçirilən müsabiqədə iştirak edərək qalib olublar. Daha sonra nazirliyə dəvət edilib. Danışıqlardan sonra qiymətlərdə əlavə güzəşt edilməklə elə həmin gün müqavilə imzalanıb.

Sonra müqavilənin texniki hissələrinə dair əlavə sənədlər hazırlanarkən, nazirlik nümayəndələri müxtəlif bəhanələrlə bundan yayınıblar. Sonda məlum olub ki, müsabiqəni zəruri əmlakı 5 dəfə baha qiymətə təklif edən “İntermed” MMC udub.

Araşdırmalardan sonra məlum olub ki, bu “İntermed” şirkəti hüquqi cəhətdən başqasının adına qeydiyyatdan keçsə də, əslində Ermənistanın Silhalı Qüvvələrinin keçmiş baş qərargah rəisi, indi KTMT-nin rəisi olan general-polkovnik Yuri Xaçaturova aiddir.

Bu şirkət dəfələrlə müdafiə nazirliyinin təminatının davamlı qalibi olub və bu şirkət tərəfindən Xaçaturova aid, o cümlədən müdafiə naziliyinin bütün təminatına nəzarət edilib.

Alpər Mövludoğlu
AzVision.az

Teqlər: KTMT   Ermənistan