Niyə Lapşin məhz İsrailə göndərildi? – Millət vəkili şərh edir

Niyə Lapşin məhz İsrailə göndərildi? – Millət vəkili şərh edir
  12 Sentyabr 2017    Oxunub:3122
“Hay təsiri altında Azərbaycan qanunlarına sayğısızlıq göstərib, rəsmi Bakıdan izn almadan Dağlıq Qarabağa gedən, sərhəd pozuculuğuna yol verən Aleksandr Lapşinin tutulması kimi, əfv olunmasında da bir rəmzlik vardı”.
Bu fikri millət vəkili, siyasi icmalçı Sahib Alıyev paylaşıb. O, yazır ki, Lapşinin eyni zamanda üç ölkə - Rusiya, İsrail və Ukrayna vətəndaşı olması onu qoluna qanadal vurularaq, Azərbaycana gətirilib, məhkəmə qarşısına çıxarmaqdan qurtarmadı: “Onu həbs etdirməklə göstərdik ki, torpaq bütünlüyü məsələsində istənilən böyük və qüdrətli dövlətlə üz-üzə gəlməkdən çəkinmirik, çəkinməyəcəyik də. Yenə ikili standartda yol verən, başqa bir vətəndaşının- Dilqəm Əsgərovun hay girovluğunda saxlanmasına laqeydlik göstərən Rusiya XİN-in Lapşinə dəstək sərgiləməsi haqlı olaraq narazılıq doğurdu və rədd edildi! Öncədən açıq şəkildə vurğulandı ki, bu adam ancaq məhkəmə bitdikdən sonra etdiyi qələtlərə görə üzr istəyib, əfv dilədiyi halda azadlığa buraxıla bilər. O da bunu etdi. Nəticədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin əfvinə sığınanlardan biri də Lapşin oldu. Və o, azadlığa çıxdıqdan sonra pasportunu daşıdığı digər iki ölkəyə deyil, məhz İsrailə göndərildi. O İsrailə ki, Dağlıq Qarabağ məsələsində ədalətli və prinsipial mövqe tutur, onunla aramızda müsbət nəticəsi aprel döyüşlərində də açıq nəzrərə çarpan sıx hərbi-strateji əməkdaşlıq var”.

Sahib Alıyev onu da vurğulayır ki, Lapşin məhz müdafiə nazirimiz Zakir Həsənovun İsrailə səfərə getdiyi gün azadlığa buraxıldı: “İnanmaq istərdik ki, o, indən sonra azadlığa çıxmasında daha çox hansı ölkənin vətəndaşı olmasının rol oynadığını nəzərə alacaq və Dağlıq Qarabağ probleminə yanaşmada da məhz həmin ölkənin mövqeyni bölüşəcək”.

AzVision.az



Teqlər: #Aleksandr-Lapşin  





Xəbər lenti