Bakıda aviamodellərin uçuş şousu keçiriləcək

Bakıda aviamodellərin uçuş şousu keçiriləcək
  06 Sentyabr 2017    Oxunub:3721
Sentyabrın 9-da Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçiriləcək. Tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.
Heydər Əliyev Mərkəzindən AzVision.az-a bildiriblər ki, şou və sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-a qədər aviamodel olacaq. Eyni zamanda, peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlimlər də keçəcək.

Tədbirin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə də pilotsuz uçuş aparatlarının praktiki layihələndirilməsi, hazırlanması və istismarı vərdişlərini aşılamaqdır.

Aviamodellərin şou-sərgisi saat 16:00-da başlayacaq. Tədbirdə iştirak sərbəstdir.

AzVision.az


Teqlər: aviamodel   sərgi  





Xəbər lenti