“Oskar” mükafatlı rejissor vəfat edib

“Oskar” mükafatlı rejissor vəfat edib
  05 Sentyabr 2017    Oxunub:1978
Amerikalı sənədli film rejissoru Mürrey Lerner Nyu-Yorkda vəfat edib.
AzVision.az xəbər verir ki, 91 yaşlı rejissor böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş.

Lerner 1981-ci ildə “Ən yaxşı sənədli film" nominasiyasında “Maodan Motsartadək: İsaak Stern Çində” filminə görə “Oskar” mükafatı alıb. Film məşhur skripkaçı İsaak Sternin Çinə səfərindən bəhs edir.

Rejissor həmçinin Bob Dilanın ilk konsertindən kadrlar olan “Festival” filminin müəllifidir. Filmdə Bob Dilandan başqa, digər tanınmış musiqiçilərin konsert çəkilişləri var.

AzVision.az


Teqlər: Oskar   rejissor  





Xəbər lenti