Vasif Talıbov prokurorları mükafatlandırdı

Vasif Talıbov prokurorları mükafatlandırdı
  31 Avqust 2017    Oxunub:3006
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov MR-nın 5 prokurorluq əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Cəfərov Afiq Akif oğlu, Məmmədov Bəhruz Şükür oğlu və Səfərov Emin Ələddin oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə, Əliyev Rövşən Məmmədəli oğlu və Rüstəmov Mehman Hüseynxan oğlu isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Bu şəxslər Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə təltif olunub.

AzVision.az


Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti