Obamanın tviti dünya rekordu qırdı

Obamanın tviti dünya rekordu qırdı
  16 Avqust 2017    Oxunub:3462
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Şarlotsvildə radikal sağçılar və onların rəqibləri arasında baş verən qarşıdurmadan sonra atdığı tvit rekord qırıb.
“Heç kəs anadan digər bir insana dərisinin rənginə, mənşəyinə və dininə görə nifrətlə doğulmur”,-deyə sabiq prezident statusunda qeyd edib.

Obama bu statusunun altında 2011-ci ildə uşaq bağçalarının birində çəkilmiş fotonu paylaşıb. Fotoda müxtəlif irqlərdən olan uşaqlar prezidentə baxırlar. Paylaşıma 2,9 milyondan çox layk gəlib və 1,2 milyon dəfə paylaşılıb.

Sitat Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelaya aid olub.

Növbəti statusunda isə Obama mövzunu davam etdirərək yazıb: "İnsanlar nifrət etməyi öyrənməlidirlər, onlar nifrət etməyi öyrənsələr, onlara sevgini öyrətmək olar. Çünki sevgi insan ürəyinə daha yatımlı və təbidir. Nəinki onun əksi olan nifrət".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Tvitter   Obama  





Xəbər lenti