Bakıda beynəlxalq caz festivalı keçiriləcək

Bakıda beynəlxalq caz festivalı keçiriləcək
  13 Sentyabr 2017    Oxunub:3592
Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə "Bakı Beynəlxalq Caz festivalı 2017" olacaq.
Fransa səfirliyindən AzVision.az-a verilən xəbərə görə, festival Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycandakı Fransız İnstitutunun təşkilatçılığı ilə keçiriləcək. Festival oktyabrın 25-də "Elektra Events Hall"da baş tutacaq.

Festival çərçivəsində fransız akkordeon ifaçısı Rişar Qalyanonun eksklüziv konserti təşkil olunacaq. İfaçını Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Simfonik Orkestrı müşaiət edəcək.

Biletlərin qiyməti 50-400 AZN arası təşkil edir. Biletləri onlayn şəkildə almaq üçün https://iticket.az/ru/categories/jazz-festival linkindən istifadə etmək olar.

AzVision.az


Teqlər: Fransa  





Xəbər lenti