Zelenskiyə sui-qəsddə şübhəli bilinən şəxs tutulub

   Zelenskiyə sui-qəsddə şübhəli bilinən şəxs tutulub
  18 Aprel 2024    Oxunub:886
Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs Polşada ələ keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, həmin şəxs Zelenskiyə sui-qəsd hazırlamaqla bağlı xüsusi xidmət orqanlarına təklif irəli sürüb. Bu məqsədlə Polşanın Jeşuv-Yasenka Hava Limanı ilə bağlı məlumat toplayaraq Rusiya tərəfinə ötürməyə cəhd göstərib. Bildirilir ki, o məhz bu hava limanında Volodimir Zelenskiyə qarşı sui-qəsd həyata keçirmək istəyib.

AzVision.az


Teqlər: Ukrayna   Zelenski   sui-qəsd  





Xəbər lenti