Putin Mişustinin namizədliyini təqdim etdi

   Putin Mişustinin namizədliyini təqdim etdi
  10 May 2024    Oxunub:696
Rusiya prezidenti Vladimir Putin ölkənin Baş naziri vəzifəsinə Mixail Mişustinin namizədliyini təqdim edib. Bu barədə parlamentin Aşağı Palatasının sədri Vyaçeslav Volodin məlumat verib.
Xatırladaq ki, mayın 7-də Putinin andiçmə mərasimindən dərhal sonra Rusiya hökuməti istefa verib.

Nazirlər Kabinetinin yeni tərkibi Konstitusiyaya dəyişikliklər edildikdən sonra qüvvəyə minən yeni qaydalara əsasən seçiləcək. Yeni normalara əsasən, baş nazir, baş nazirin müavinləri və əksər nazirliklərin rəhbərləri Dövlət Duması tərəfindən təsdiqlənəcək.

Bu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyinin daxil olduğu “təhlükəsizlik bloku”na təsir etməyəcək. Prezident onların rəhbərlərini yalnız Federasiya Şurası ilə məsləhətləşdikdən sonra təyin edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti