Kişi boksçularımız lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Kişi boksçularımız lisenziya turnirinə Tailandda hazırlaşacaqlar
  09 May 2024    Oxunub:1022
Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını Tailandın paytaxtı Banqkokda davam etdirəcək.
Azərbaycan Boks Federasiyasından AzVision.az -a bildirilib ki, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü sözügedən şəhərə yollanıb.

Hazırlıqda Şamil Əsgərov (57 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram) və Alfonso Dominqes (92 kiloqram) iştirak edəcəklər.

Mayın 10-da başlayacaq toplanış ayın 21-də yekunlaşacaq.

Toplanış II Dünya Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.

AzVision.az


Teqlər: idman   boks   turnir  





Xəbər lenti