Zelenski xüsusi təyinatlıların komandirini işdən çıxardı

   Zelenski xüsusi təyinatlıların komandirini işdən çıxardı
  09 May 2024    Oxunub:1033
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın xüsusi təyinatlı qüvvələrinin komandirini dəyişərək, Sergey Lupançukun yerinə Aleksandr Trepakı təyin edib. Bu barədə Zelenskinin ofisi məlumat yayıb.
Qeyd edək ki, S. Lupançuk 2023-cü ilin noyabrından xüsusi əməliyyat qüvvələrinin komandanı vəzifəsində çalışırdı.

A. Trepak əvvəllər xüsusi əməliyyat qüvvələrinin üçüncü xüsusi təyinatlı alayının komandiri olub, digər Ukrayna hərbçiləri ilə birlikdə Donetsk hava limanı ərazisində döyüşlərdə iştirak edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti