Putin rus hərbçilərin Ermənistanın 6 bölgəsindən çıxarılmasına razılaşıb

   Putin rus hərbçilərin Ermənistanın 6 bölgəsindən  çıxarılmasına razılaşıb
  09 May 2024    Oxunub:785
Rusiya hərbçiləri Ermənistanın müxtəlif bölgələrində xidmətlərini dayandırırlar.
AzVision.az xəbər verir ki, bu barədə "Bagramyan26" Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında aparılan danışıqlar uğurla nəticələnib.

"Rusiya sərhədçilərinin çıxarılması biryolluq həll olunub" - Simonyan
"Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunub. Bundan əlavə, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geqarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər", - məlumatda qeyd edilir.

Xatırladaq ki, bir neçə aydır ki, İrəvanın rus hərbçilərini ölkədən çıxaracağına dair məlumatlar yayılır. Mart ayında isə baş nazir Nikol Paşinyan nəhayət bu şaiyələrin real olduğunu açıqladı. O, "Ermənistanın sərhəd qoşunları rusiyalı həmkarlarına məktub göndəriblər. Onlar erməni sərhədçilərin "Zvartnots" hava limanında müstəqil xidmət göstərmək üçün lazımi bacarığa malik olduqlarını bəyan ediblər" dedi.

Bundan başqa, Ermənistan parlamentinin spikeri Alen Simonyanın "Zvartnots" hava limanından rus sərhədçilərinin çıxarılmasının zərurətə çevrildiyini bəyan etməsi iki ölkə arasında siyasi qalmaqala səbəb olmuşdu. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə spikerin bəyanatına tənqidi yanaşdı.

Rusiya XİN-in məsələyə sərt reaksiyasının ardınca Ermənistanın hakim “Mülki müqavilə” partiyası rus sərhədçilərin məlum hava limanında xidmətinin dayandırılmasının mümkünlüyünü müzakirə etdi.
Zvarnotsdakı rus sərhədçilərin yayda buranı birdəfəlik tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd bölmələri 30 sentyabr 1992-ci il tarixli müqaviləyə əsasən fəaliyyət göstərir. Onlar Türkiyə və İranla sərhədlərin mühafizəsini həyata keçirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   Sərhədçi  





Xəbər lenti