Nərimanovda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Nərimanovda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  08 May 2024    Oxunub:654
Mayın 10-da saat 08:00-dan mayın 13-ü saat 22:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Ziya Bünyadov prospektindən Akademik Həsən Əliyev küçəsinədək, “N.Nərimanov” metro stansiyası istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a bildirilib ki, sürücülərdən qeyd edilən müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

AzVision.az


Teqlər: AAYDA   yol   məhdudiyyət  





Xəbər lenti