Türkiyəli qonaqlar HDQ-ni ziyarət ediblər - FOTOLAR

Türkiyəli qonaqlar HDQ-ni ziyarət ediblər -    FOTOLAR
  08 May 2024    Oxunub:713
Türkiyə Respublikası Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. "Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Sonra türkiyəli nümayəndə heyəti Milli Müdafiə Universitetində olublar. Burada qonaqlara universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə ətraflı məlumat verilib.

Görüşdə həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   HDQ   Türkiyə   səfər  





Xəbər lenti