Tbilisidə deputatı döyüb burnunu sındırdılar

   Tbilisidə deputatı döyüb burnunu sındırdılar
  01 May 2024    Oxunub:604
Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqin dağıdılması zamanı Gürcüstanın təhlükəsizlik qüvvələri ölkənin ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının sədri, parlamentin üzvü Levan Xabeişvilini döyüblər. Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Siyasətçi hazırda xəstəxanadadır. Həkim Xabeişvilinin burnunun qırıldığını deyib. Telekanalın məlumatına görə, o, hazırda əməliyyat olunur.
Gürcüstan parlamenti qalmaqallı qanuna yenidən baxır


Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili təhlükəsizlik qüvvələrini etirazçıları dağıtmağı dayandırmağa çağırıb.

Bundan əvvəl Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna ikinci oxunuşda baxmağa başlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti