Sədərək rayonunda partlayış: 2 nəfər ölüb

   Sədərək rayonunda partlayış:    2 nəfər ölüb
  28 Aprel 2024    Oxunub:921
Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.
AzVision.az


Teqlər:





Xəbər lenti