Naxçıvanda avtomobil yolu uçub - Fotolar

   Naxçıvanda avtomobil yolu uçub -    Fotolar
  28 Mart 2024    Oxunub:664
Naxçıvanda avtomobil yolunda uçqun olub.
Bu barədə AzVision.az -a Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Əraziyə Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.


AzVision.az


Teqlər:





Xəbər lenti