Ərdoğan "Crokus"dakı hadisəni "qəddar terror aktı" adlandırıb

   Ərdoğan "Crokus"dakı hadisəni "qəddar terror aktı" adlandırıb
  27 Mart 2024    Oxunub:807
"PKK terror təşkilatı Ankaranın düşmənlərinin bu günlərdə Rusiyada törədilmiş bənzər qanlı hadisələri Türkiyədə təşkil etmək üçün müraciət edəcəkləri ilk ünvandır".
AzVision.az xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan bu gün Diyarbəkir vilayətindəki mitinqdə söyləyib.

Türkiyə lideri "Crocus City Hall"dakı hadisələri qəddarlıqla törədilmiş terror aktı adlandırıb.

"Hamımız Rusiyada törədilmiş qəddar terror aktının şahidi olduq. Hər gün Türkiyədə belə hadisələr təşkil etməyə çalışanlar, ilk növbədə, əlbəttə ki, PKK terrorçularına müraciət edəcəklər”, – Rəcəb Tayyib Ərdoğan bildirib.

AzVision.az


Teqlər: Rusiya   terror-aktı   Türkiyə  





Xəbər lenti