Naxçıvanda qəza: 2 yaralı - FOTO

   Naxçıvanda qəza:    2 yaralı - FOTO
  27 Mart 2024    Oxunub:769
Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Kəngərli rayonu ərazisində qeydə alınıb.

Sədərək rayon sakini Əhmədov İlqar Rzaqulu oğlunun idarə etdiyi 68-BF-363 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə Kəngərli rayonu Xok kənd sakini Bağırov Adıgözəlin idarə etdiyi 74-BA-593 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza   yaralı   Naxçıvan  





Xəbər lenti