“Volvo Cars” dizel avtomobillərinin istehsalını dayandırıb

  “Volvo Cars” dizel avtomobillərinin istehsalını dayandırıb
  27 Mart 2024    Oxunub:761
“Volvo Cars” martın 26-da Göteborqda konveyerdən çıxan sonuncu dizel mühərrikli “XC90 SUV” avtomobilini təqdim edib.
Bu barədə çərşənbə günü “TT” agentliyi məlumat yayıb. Qeyd olunub ki, 2030-cu ilə qədər şirkət tamamilə elektromobillərin istehsalına keçəcək.

“Volvo Cars” 2023-cü ilin sentyabrında dizel avtomobillərinin istehsalını dayandırdığını elan etmişdi. “Volvo Cars”ın hazırda sahibi Çinin “Zhejiang Geely” holdinqidir. Çin holdinqi şirkəti İsveç minik avtomobili istehsalçısını 2010-cu ildə “Ford Motor”dan 1,8 milyard dollara satın alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti